Almaniya Kiyevdəki səfirliyini bərpa edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan Almaniya xarici işlər nazir Annalena Berbok məlumat verib.
O, almaniyalı diplomatların bu gündən Kiyevə qayıdacağını bildirib.
Qeyd edək ki, Ukraynada müharibənin başlamasından əvvəl və hərbi əməliyyatlardan qısa müddət sonra xarici ölkələrin səfirlikləri Kiyevi tərk edib. Şəhərdə vəziyyət sabitləşdikdən sonra bir sıra ölkələrin səfirliyi geri qayıdıb.