Modern.az

Alman nazirdən Zelenskiyə: “Müharibədən sonra da burada olacağıq”

Alman nazirdən Zelenskiyə: “Müharibədən sonra da burada olacağıq”

10 May 2022, 20:01

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə almaniyalı nazir özünün sosial media hesabında məlumat yayıb.

 

O paylaşımında qeyd edib ki, Ukrayna Almaniyanın dəstəyinə arxalana bilər.

 

"Yalnız bu gün deyil, yalnız hərbi dəstək deyil. Biz müharibədən sonra da Putin öz məqsədindən vaz keçənədək burada olacağıq", - deyə almaniyalı nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü