Modern.az

Mask Trampı “Twitter”ə qaytarmaq istəyir

Mask Trampı “Twitter”ə qaytarmaq istəyir

10 May 2022, 23:58

“Tesla” və “SpaceX” şirkətinin baş direktoru İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampı "Twitter"ə qaytarmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Mask “Financial Times” qəzetinin təşkil etdiyi "Maşının gələcəyi" adlı tədbirdə çıxış edərkən danışıb.

 

"Bu, əxlaqi baxımdan pis və axmaq bir qərar idi. Donald Trampa qadağa qoymaq doğru deyildi, səhv idi", - deyə amerikalı milyarder bildirib.

 

Qeyd edək ki, Trampın tvitter profili Kapitoli binasına basqından sonra bağlanıb. Tramp isə öz növbəsində "Twitter"in İlon Maska satışını müsbət qiymətləndirib, lakin bu platformaya qayıtmayacağını söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü