Modern.az

“Mənə qarşı hücumu xüsusi xidmət orqanları hazırlayıb” - Rusiyalı səfir

“Mənə qarşı hücumu xüsusi xidmət orqanları hazırlayıb” - Rusiyalı səfir

11 May 2022, 14:28

Mənə qarşı hücum Polşa xüsusi xidmət orqanları ilə razılaşdırılaraq həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev bildirib.

 

"Heç cür inana bilmirəm ki, bu kortəbii hərəkəti necə icra etdilər. Polşada çox ixtisaslı hüquq-mühafizə və təhlükəsizlik xidmətləri var. Bütün bunlar çoxdan hazırlanıb, Rusiyaya qarşı təxribatdır”, - səfir hadisə ilə bağlı açıqlamasında deyib.

 

Qeyd edək ki, 9 May Qələbə günündə Rusiyanın Polşadakı səfiri sovet əsgərlərinin məzarlarına əklil qoymaq istəyərkən sakinlərin hücumuna məruz qalıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü