Modern.az

2023-cü il seçkiləri Türkiyə üçün vacibdir - Ərdoğan

2023-cü il seçkiləri Türkiyə üçün vacibdir - Ərdoğan

Dünya

11 May 2022, 16:37

"2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsinə daxil olub-olmaması xalqın seçimindən asılı olacaq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) regional təşkilatlarının rəhbərləri ilə görüşü zamanı bildirib.

 

Ərdoğanın sözlərinə görə, hər seçki vacib və kritikdir. Lakin bir ildən sonra keçiriləcək prezident seçkiləri Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bununla seçicilər ölkənin 2053-cü ilə qədər inkişaf vektorunu müəyyən edəcək.

 

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. AKP və Milliyyətçi Hərəkat Partiyasının (MHP) daxil olduğu hakim Xalq Alyansı bir müddət əvvəl Ərdoğanın seçkilərdə vahid namizəd olacağını açıqlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü