Almaniya Federal hökuməti ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq üçün immiqrasiya siyasətini tez bir zamanda nəzərdən keçirmək istəyir.
Modern.az xəbər verir ki, bunu Azad Demokratik Partiyasının (FDP) Parlament Qrupunun sədri Kristian Dürr Almaniyanın "Wirtschaftswoche" jurnalına müsahibəsində deyib.
Dürrün sözlərinə görə, ixtisaslı işçi çatışmazlığı o qədər ciddi hala gəlib ki, alman iqtisadiyyatını əhəmiyyətli dərəcədə yavaşladır. O, ən qısa zamanda xaricdən gələn 400 min ixtisaslı işçi sayına çatmağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, Sosial Demokrat Partiyası (SPD) ilə Yaşıllar və Azad Demokrat Partiyası (FDP) arasında razılıq əldə edilib. Razılığa əsasən, Almaniyada işləmək istəyən Avropa Birliyi xaricindəki ölkələrdən gələn ixtisaslı işçilər üçün bal sistemi müəyyənləşib.