Modern.az

Britaniya və İsveç təhlükəsizlik müqaviləsi İMZALADI

Britaniya və İsveç təhlükəsizlik müqaviləsi İMZALADI

11 May 2022, 20:49

Böyük Britaniyanın Baş naziri Boris Conson İsveçin Baş naziri Eva-Maqdalena Andersson ilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb. 

 

Modern.az xəbər verir ki, Conson Finlandiya ilə də analoji sazişi imzalayacaq.

 

"Bu, qısamüddətli proqram deyil, hərbi əlaqələri və qlobal sabitliyi gücləndirmək, gələcək nəsillər üçün Avropanın müdafiəsini gücləndirmək üçün uzunmüddətli öhdəlikdir", - deyə Conson bildirib.

 

Müqavilələrin imzalanmasını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml hər şeyi diqqətlə izləyir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü