Modern.az

ABŞ Yunanıstana döyüş təyyarələri yerləşdirir

ABŞ Yunanıstana döyüş təyyarələri yerləşdirir

12 May 2022, 23:28

ABŞ ordusu Yunanıstanın Krit adasındakı Suda hava bazasında F-35 və F-15 döyüş təyyarələrini yerləşdirməyi planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" qəzeti yazıb.

 

ABŞ Sudadakı hərbi bazaya 10 ədəd F-35 və 14 ədəd F-15 döyüş təyyarəsi yerləşdirmək istəyir.

 

ABŞ-ın tələbi Yunanıstanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə çatdırılıb. Təyyarələrin iyul ayında Kritə yerləşdiriləcəyi gözlənilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü