Modern.az

Bu dövlətlərin NATO-ya üzvlük qapılarını bağlamırıq - KALIN

Bu dövlətlərin NATO-ya üzvlük qapılarını bağlamırıq - KALIN

14 May 2022, 19:20

"Biz İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı qapıları bağlamırıq".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "Reuters"ə müsahibəsində deyib.

 

O qeyd edib ki, Ankara bu məsələni Türkiyənin milli təhlükəsizliyi kimi gündəmə gətirir.

 

Kalının sözlərinə görə, ABŞ, Türkiyə və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan PKK Avropada maliyyə dəstəyi yığır, heyətini gücləndirir

 

"Xüsusilə də onların mövcudluğu İsveçdə açıq şəkildə bəyan edilir. Nə etmək lazım olduğu aydındır. Bu ölkələrdə PKK-nın media nümunələrinin çapına icazə PKK-nın digər fəaliyyətlər və onun üzvlərinə icazə dayandırılmalıdır", - deyə Ərdoğanın sözçüsü bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi