Portuqaliya sanksiyalara məruz qalan rusiyalı milyarder Roman Abramoviçə məxsus 10,4 milyon dollarlıq malikanənin satışına icazə verməyib.
Modern.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Publico" qəzeti yazıb.
"Quinta do Lago" kurortunda yerləşən malikanənin əmlak reyestri Rusiyanın Ukraynaya tam müdaxiləsindən bir ay sonra, martın 25-də Xarici İşlər Nazirliyinin tələbi ilə dondurulub.
Abramoviç Rusiya prezidenti Vladimir Putinlə əlaqələrə görə Britaniya hökuməti və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalıb.
Akif İsmayılov