İsveçin xarici işlər naziri Ann Lind türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirmək istəyir.
Modern.az CNN-ə istinadən xəbər verir ki, bu barədə o, İsveçin SVT telekanalına müsahibəsində bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə günü Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün atdığı addımlara müsbət yanaşmadığını bildirib.
"Biz əvvəllər də bir neçə dəfə görüşmüşük və NATO-ya üzv olmaq üçün müraciət edəcəyimiz təqdirdə hər hansı problem barədə heç bir söz eşitməmişik. Amma indi prezidentdən yeni siqnallar var. Ona görə də mən bunun nə olduğunu başa düşməyə çalışacağam", - deyə o qeyd edib.
Ərdoğanın sözçüsü İbrahim Kalın qeyd edib ki, Ankara bu məsələni Türkiyənin milli təhlükəsizliyi kimi gündəmə gətirir.
Kalının sözlərinə görə, ABŞ, Türkiyə və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan PKK Avropada maliyyə dəstəyi toplayıb, heyətini gücləndirir.
"Xüsusilə də onların mövcudluğu İsveçdə açıq şəkildə bəyan edilir. Nə etmək lazım olduğu aydındır. Bu ölkələrdə PKK-nın media nümunələrinin çapına icazə PKK-nın digər fəaliyyətlər və onun üzvlərinə icazə dayandırılmalıdır", - deyə Ərdoğanın sözçüsü bildirib.
Akif İsmayılov