Modern.az

Tezliklə KTMT-yə yeni üzvlər qoşulacaq 

Tezliklə KTMT-yə yeni üzvlər qoşulacaq 

15 May 2022, 19:55

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) genişlənəcək, bir neçə ildən sonra təşkilatın tərkibinə onlarla ölkə daxil olacaq.

 

Modern.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

 

Onun sözlərinə görə, təşkilat rəngli inqilablar, terrorizm, narkotik ticarəti, insan alveri və bioloji təhlükələr kimi çağırışlara qarşı mübarizə fonunda inkişaf edəcək.

 

"Düşünürəm ki, təşkilat genişlənəcək. Tezliklə dünya düzəninin necə dəyişəcəyini görəcəyik", - deyə Xrenin qeyd edib.

 

Hazırda KTMT-yə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi