Modern.az

Gürcüstanın XİN başçısı Brüsselə gedir

Gürcüstanın XİN başçısı Brüsselə gedir

Dünya

15 May 2022, 22:57

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili mayın 16-18-də Brüsselə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Darçiaşvili Brüsseldə Aİ xarici işlər nazirləri ilə görüşlər keçirəcək.  

Görüşlərdə Gürcüstanın Avropaya inteqrasiyası və Gürcüstanın Aİ-yə üzvlük müraciəti ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq.  

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular