Mayın 15-də Somalidə prezident seçkiləri keçirilib.
Modern.az xəbər verir ki, seçkilərin ikinci turunda 4 namizəd iştirak edib.
İlkin nəticələrə görə, keçmiş prezident Həsən Şeyx Mahmud 110 səslə birinci, hazırkı prezident Məhəmməd Abdulla Fermacu 83 səslə ikinci yeri tutub. Ən çox səs toplayan Mahmud və Fermacu sonuncu turda yenidən yarışacaqlar.
Üçüncü turda səslərin çoxunu toplayan namizəd ölkənin 10-cu prezidenti olacaq.
Akif İsmayılov