Qərbin sanksiyaları səbəbindən Belarus iqtisadiyyatına dəyən zərər ildə 16-18 milyard dollardır.
Modern.az xəbər verir ki, bu barədə Belarusun Baş naziri Roman Qolovçenko “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Belarusun Avropa İttifaqı və Şimali Amerika ölkələrinə ixracatı tam bloklanıb. Baş nazir Minskin iqtisadi itkiləri kompensasiya etmək üçün ixrac axınını digər bazarlara, o cümlədən Asiya, Afrika, Yaxın Şərq və Ərəb körfəzi ölkələrinə istiqamətləndirməyə hazır olduğunu diqqətə çatdırıb.
Bundan əlavə, o, Qərbin sanksiyalardan hibrid təcavüz aləti kimi istifadə etdiyini vurğulayıb:
“Biz sanksiyaları yalnız təzyiq kimi deyil, həm də hibrid təcavüz aləti kimi şərh edirik. Bu, yəqin ki, klassik silahlı təcavüzdən öncəki son mərhələdir. Hazırkı sanksiyaların məqsədi ölkəni diz çökdürmək, iqtisadi cəhətdən boğmaq, tələb və ya şərtlərin zorakı yolla yerinə yetirilməsinə nail olmaqdır”.