Modern.az

Putin MDB-yə yeni status verməyi TƏKLİF ETDİ

Putin MDB-yə yeni status verməyi TƏKLİF ETDİ

Dünya

16 May 2022, 17:32

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladimir Putin KTMT ölkələri liderlərinin görüşündəki çıxışında belə bir təklif irəli sürüb.

“Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyindən olan tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək lazımdır. Bizə elə gəlir ki, bu, məqsədəuyğun və düzgün olardı və biz bunu MDB-yə KTMT-də müşahidəçi statusu verərək müzakirə edəcəyik”, - deyə Vladimir Putin bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi