Modern.az

Viktor Orban yenidən Baş nazir SEÇİLDİ

Viktor Orban yenidən Baş nazir SEÇİLDİ

Dünya

16 May 2022, 18:42

Macarıstan parlamenti ölkənin baş naziri Viktor Orbanı yenidən bu vəzifəyə seçib.

 

Modern.az xəbər verir ki, seçildikdən sonra Orban vəzifəsinin icrasına başlayıb və and içib.

 

Orbanın namizədliyinin lehinə 133 deputat səs verib, 27 deputat isə əleyhinə çıxıb.

 

Viktor Orban beşinci dəfə Macarıstanın baş naziri vəzifəsinə seçilib. Bundan əvvəl o, 1998-2002-ci illərdə və 2010-cu ildən bu günə kimi hökumətə rəhbərlik edib.

 

Orban hökuməti açıq şəkildə Rusiya neftinə embarqo tətbiq edilməsinə qarşı çıxır, Macarıstan Rusiya xammalından çox asılıdır. 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi