İsveç və Finlandiyanın xarici işlər nazirləri Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfərin yaxın zamanda baş tutacağı bildirilir.
Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadığını bildirib.
Mövlud Çavuşoğlu mayın 14-də NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsinin lazım olduğunu qeyd edib.
“Bu iki ölkə - İsveç və Finlandiya açıq şəkildə onlara dəstək verir”, - XİN başçısı deyib.
Akif İsmayılov