Modern.az

İrəvanda 91 nəfər SAXLANILDI

İrəvanda 91 nəfər SAXLANILDI

Dünya

16 May 2022, 20:06

İrəvanda müxalifətin Ermənistan Baş naziri Nikol Paşinyanın əleyhinə keçirdiyi aksiya zamanı 91 nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

 

Nümayişlər İrəvanın müxtəlif küçələrində təşkil edilib. Etirazçılar küçələri bloklayaraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar.

 

Aksiyalar bir aya yaxındır davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi