ABŞ prezidenti Co Bayden və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında görüş baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Ağ Evdə keçirilən görüşdə tərəflər enerji təhlükəsizliyi, iki ölkə arasında müdafiə tərəfdaşlığı, eləcə də Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.
Məlumata görə, tərəflər ikitərəfli ticarətin genişləndirilməsi və ABŞ investisiyalarının artırılması ilə bağlı məsələlərə də toxunacaqlar.
Akif İsmayılov