Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin növbəti aksiyası başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bu gün səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar. Vətəndaşlar “türksüz Ermənistan” şüarları səsləndirərək, hakimiyyətin istefasını tələb edirlər.
Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.
Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalif qüvvələri hökumətin istefasını tələb edir.