Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Koji Yamazaki NATO Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin iclasında iştirak üçün mayın 19-da Brüsselə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" qəzeti məlumat yayıb.
Məlumata görə, Yaponiyanın ən yüksək rütbəli hərbçiləri ilk dəfə belə tədbirə qatılacaq. Belə ki, Yamazaki səfər zamanı Asiya-Sakit okean regionunda təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq məsələlərini gündəmə gətirmək niyyətindədir.
İclasda Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın yüksək rütbəli hərbi nümayəndələri də iştirak edəcək.