İraqda bu gün səhər saatlarında güclü qum fırtınası başlayıb.
Modern.az xəbər verir ki, İraq Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə həyatı iflic edən qum fırtınası səbəbindən minlərlə insan tənəffüs şikayəti ilə xəstəxanalara müraciət edib. Bütün ölkəni əhatə edən qum fırtınası səbəbindən boğulma riski ilə üzləşdikləri üçün xəstəxanalara müraciət edənlərin sayı 4000 nəfərə çatıb.
Güclü qum fırtınası ilə əlaqədar Beynəlxalq Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşların müvəqqəti dayandırıldığı bildirilib.
Səhiyyə Nazirliyinin sözçüsü Seyf Bedir qum fırtınası səbəbiylə boğulma təhlükəsi ilə üzləşən 4000 nəfərdən 2000-nin xəstəxanalara aparıldığını deyib və vətəndaşlara evdən kənara çıxmamaq barədə xəbərdarlıq edib.