Böyük Britaniyanın "Swansea City" komandasının veteran futbolçusu Mark Davies matç zamanı dünyasını dəyişib.
Modern.az xəbər verir ki, o, Kardiffdə veteranlar arasında keçirilən yoldaşlıq oyununda meydana çıxıb.
Hər iki komanda 45 yaşdan yuxarı veteranlardan ibarət olub. Oyun vaxtı Mark Davies yerə yıxılıb. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.