Modern.az

İlon Mask “Twitter”i almaqdan İMTİNA EDİR

İlon Mask “Twitter”i almaqdan İMTİNA EDİR

Dünya

17 May 2022, 13:08

“Ötən gün “Twitter”in baş direktoru sosial şəbəkədəki saxta hesabların sayının 5%-dən az olduğuna dair sübut təqdim etməkdən açıq şəkildə imtina etdi. O, real rəqəmləri elan edənə  qədər “Twitter”in alınması ilə bağlı sövdələşmə imzalana bilməz”.

 

Modern.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask sosial şəbəkə hesabında yazıb.

 

Milyarderin sözlərinə görə, hazırda sosial şəbəkədə saxta hesabların sayı 20 faizdən çoxdur.

 

Qeyd edək ki, amerikalı milyarder İlon Mask “Twitter” mikrobloqunu 44 milyard dollara satın almaq qərarına gəlib. Bundan əvvəl Mask "Twitter"in ən böyük səhmdarına çevrilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi