Modern.az

Finlandiya Ərdoğanın tələblərini qəbul edəcək

Finlandiya Ərdoğanın tələblərini qəbul edəcək

Dünya

17 May 2022, 15:54

Finlandiya Prezidenti Sauli Niinistö İsveç parlamentində çıxış edib.

 

Modern.az xəbər verir ki, prezident çıxışında Finlandiya və İsveçin NATO-ya üzvlüklə əlaqədar Türkiyənin etirazlarına münasibət bildirib. O Ankaranın irəli sürdüyü tələblərlə razılaşa biləcəklərini deyib.

 

"Türkiyədən verilən açıqlamalar çox tez dəyişdi. Amma konstruktiv müzakirələrin köməyi ilə problemi həll edəcəyimizə əminəm", - deyə dövlət başçısı vurğulayıb.

 

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarından sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüyü gündəmə gəlib və hər iki ölkə rəsmi olaraq NATO-ya müraciət edəcəklərini açıqlayıb. Ötən həftə ölkələr rəsmən NATO-ya müraciət ünvanlayıb. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə müsbət yanaşmadığını bildirib: “Hazırda İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin müsbət münasibətdə deyilik".

 

Rəsmi Ankara İsveç və Finlandiyanın PKK-nı terror təşkilatı kimi tanımaq tələbini irəli sürüb. Diqqətə çatdırılıb ki, yalnız bundan sonra hər iki ölkənin NATO-ya üzv olmasına razılıq verilə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi