Modern.az

Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqləri Ukraynada

Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqləri Ukraynada

Dünya

17 May 2022, 18:44

Bu gün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin 42 müstəntiqi Ukraynaya gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Məhkəmənin rəsmisi Kərim Xan məlumat verib.

 

O, müstəntiqlərin burada məhkəmənin yurisdiksiyasına daxil olan cinayətləri araşdıracaqlarını bildirib.

 

Xan qeyd edib ki, missiya zamanı müstəqil araşdırmanın sürətləndirilməsi və Ukrayna ərazisində milli hakimiyyət orqanları ilə əməkdaşlığın gücləndirilməsi kimi əsas məqsədlərə diqqət yetiriləcək. 

 

"Sağ qalanlara və qurbanların ailələrinə beynəlxalq hüququn birbaşa onlara şamil olunduğunu nümayiş etdirmək son dərəcə vacibdir”, - deyə o vurğulayıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi