Modern.az

Avropa Hərbi İnnovasiya Mərkəzi yaradılır

Avropa Hərbi İnnovasiya Mərkəzi yaradılır

Dünya

17 May 2022, 19:28

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri qitədə Hərbi İnnovasiya Mərkəzinin yaradılmasına qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib.

 

Yeni yaradılan qurumun məqsədi üzv dövlətlər arasında hərbi sahədə innovasiyalar üzrə əməkdaşlığı asanlaşdırmaq, dəstəkləmək və stimullaşdırmaqdır. 

 

"Bu gün üzv ölkələr arasında hərbi sahəyə maliyyənin artırılması ilə bağlı istəklilik müşahidə olunur və bu sahədə birgə işləmək vacibdir", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi