Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Stoltenberq sosial media hesabında məlumat yayıb.
O, Gürüstanın NATO-nun yaxın tərəfdaşı olduğunu qeyd edib.
"Biz Rusiyanın Ukraynadakı qanunsuz müharibəsinə toxunduq. NATO hər bir dövlətin suverenliyi, ərazi bütövlüyü və Gürcüstanın Avroatlantik səyləri də daxil olmaqla öz yolunu seçmək hüququnu tam dəstəkləyirik", - paylaşımda deyilir.