Moldova Dnestryanı bölgədə müharibə və sabitliyinin pozulmasında maraqlı deyil.
Modern.az xəbər verir ki, bunu Avropa Parlamentinin plenar iclasında çıxış edən Moldova Prezidenti Maya Sandu deyib.
O qeyd edib ki, Kişinyov problemləri müstəsna olaraq sülh yolu ilə həll etmək niyyətindədir.
"Hökumətimiz sabitliyi qorumağa və Dnestryanı münaqişənin diplomatik həllini tapmağa çalışır. Biz müharibə, sabitliyin pozulmasını istəmirik", - deyə Sandu bildirib.
Prezident vurğulayıb ki, Rusiya hərbçiləri Dnestryanı bölgədən çıxarılmalıdırlar, çünki onların orada olması Moldovanın neytrallığını pozur.
Akif İsmayılov