Modern.az

Çavuşoğlu Blinkenlə görüşdü - NATO müzakirəsi

Çavuşoğlu Blinkenlə görüşdü - NATO müzakirəsi

Dünya

18 May 2022, 22:43

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Çavuşoğlunun ABŞ-a səfəri çərçivəsində baş tutub.

 

Görüş zamanı Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyi, eləcə də Ankaraya mümkün F-16 qırıcılarının tədarükü müzakirə olunub.

 

Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadığını bildirib. Mövlud Çavuşoğlu mayın 14-də NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsinin lazım olduğunu qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi