Xorvatiya Türkiyədən nümunə götürməli, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmalıdır.
Modern.az AP-yə istinadən xəbər verir ki, bunu Xorvatiya Prezidenti Zoran Milanoviç deyib. Lakin ölkənin baş naziri və xarici işlər naziri Milanoviçin mövqeyi ilə razılaşmırlar.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmır. Almaniyanın DPA agentliyinin və Britaniyanın “Financial Times” qəzetinin mənbələri Türkiyənin NATO-da Finlandiya və İsveçin alyansa daxil olması ilə bağlı danışıqların başlamasına mane olduğunu bildiriblər.
Akif İsmayılov