Modern.az

ABŞ ilə Çin arasında Ukrayna və Şimali Koreya müzakirəsi

ABŞ ilə Çin arasında Ukrayna və Şimali Koreya müzakirəsi

Dünya

19 May 2022, 00:47

ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sullivan Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının direktoru Yang Cieçilə danışıqlar aparıb.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Sallivan Ağ Evdə keçirilən mətbuat konfransında məlumat verib.

 

Tərəflər regional təhlükəsizlik, Şimali Koreyanın nüvə və ya raket sınaqları keçirmə ehtimalını müzakirə edib.

 

Sullivan deyib ki, Şimali Koreya prezident Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfərindən əvvəl, ya səfərdən sonra nüvə silahını sınaqdan keçirə bilər.

 

"Mən çinli həmkarımla danışdım və KXDR ilə bağlı bu məsələni müzakirə etdim", - deyə o qeyd edib.

 

Bundan əlavə, Sullivan Yanqla Rusiyanın Ukraynaya qarşı müharibəsini və ABŞ-Çin münasibətlərindəki spesifik məsələləri müzakirə edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi