Ukrayna ordusu Xarkov yaxınlığında daha bir yaşayış məntəqəsini ruslardan təmizləyib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Xarkov vilayətinin Dementyevka kəndinə nəzarəti bərpa edib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski 1000-dən artıq yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb.