Modern.az

Daha 3 Rusiya şirkətinə sanksiya tətbiq edildi

Daha 3 Rusiya şirkətinə sanksiya tətbiq edildi

Dünya

19 May 2022, 14:40

London Rusiyanın “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” aviakompaniyalarını sanksiya siyahısına daxil edib.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

 

Bildirilib ki, sanksiyalar Rusiya aviakompaniyalarına qarşı tətbiq olunan tədbirlər onların aktivlərinin dondurulmasını nəzərdə tutur:

 

"“Aeroflot” ASC Rusiyanın ən böyük aviakompaniyasıdır. Kompaniya strateji əhəmiyyətli nəqliyyat sahəsində fəaliyyət göstərməklə Rusiya hökumətindən faydalanır və ona dəstək verir. O, dövlətə məxsus olduğu üçün Rusiya hökumətinə bağlı hüquqi şəxs kimi fəaliyyət göstərir”.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi