ABŞ Prezidenti Co Bayden Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Maqdalena Anderssonla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Görüş Vaşinqtonda baş tutub.
Qeyd olunub ki, tərəflər Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətini, regional və qlobal təhlükəsizlik məsələlərini və Ukraynadakı müharibəni müzakirə edir.
Xatırladaq ki, hər iki ölkə NATO-ya üzv olmaq üçün müraciət edib.