Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Consonun mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Ukraynaya hərbi dəstək, qlobal qida təhlükəsizliyi məsələləri müzakirə olunub.
Söhbət zamanı Ukraynanın işğalı və dəniz limanlarının bloklamasının inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərinin artması ilə nəticələnməsindən narahatlıq ifadə olunub.