Modern.az

BMT Tacikistandakı vəziyyətdən narahatdır

BMT Tacikistandakı vəziyyətdən narahatdır

Dünya

19 May 2022, 23:23

BMT-nin baş katibi Antonio Quterreş Tacikistandakı vəziyyətdən narahatdır və hadisələrin gedişatını izləyir.

 

Modern.az xəbər verir ki, bunu Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

 

"Baş katib Dağlıq Bədəxşan Muxtar Bölgəsində artan gərginlik və zorakılıq, o cümlədən ölənlərin sayı ilə bağlı xəbərlərdən narahatdır. Baş katib təmkinli olmağa və mövcud vəziyyəti dinc vasitələrlə həll etməyə çağırır", - deyə o bildirib.

 

Qeyd edək ki, Tacikistan Daxili İşlər Nazirliyi ölkədə terrorçulara qarşı əməliyyata başladığını elan edib. Nazirlik terrorçu qruplaşmanın 70 fəal üzvünün saxlanıldığını açıqlayıb. Xüsusi əməliyyat zamanı bir hərbçi həlak olub, 13-ü ağır yaralanıb. 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi