Modern.az

Ruslar Ukraynada 4 minə yaxın mülki şəxsi ÖLDÜRÜB

Ruslar Ukraynada 4 minə yaxın mülki şəxsi ÖLDÜRÜB

Dünya

19 May 2022, 23:46

Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən indiyədək 3811 mülki şəxs həlak olub, 4278 dinc sakin yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının yaydığı məlumatda bildirilib.

 

Ölənlərdən 1429 nəfəri kişi, 937-si qadın, 87-si qız, 98-i oğlandır, 70 uşaq və 1190 böyük şəxsin cinsiyyəti hələ də məlum deyil.

 

Rəsmi məlumatda qeyd edilib ki, bunlar sübutlar əsasında əldə olunan nəticələrdir. Real rəqəmlər daha çoxdur.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi