Modern.az

Buçadakı qətliamın görüntüləri yayıldı - VİDEO

Buçadakı qətliamın görüntüləri yayıldı - VİDEO

Dünya

20 May 2022, 15:00

Rusiya ordusunun Ukraynanın Buça şəhərində törətdiyi qətliamın yeni görüntüləri üzə çıxıb.

Modern.az xəbər verir ki, bununla bağlı "Nyu-York Times" nəşri məlumat yayıb.

Görüntülərdə 8 ukraynalı sakinin rus hərçilər tərəfindən girov saxlanılması anı əks olunub. Videonun 4 mart tarixində çəkildiyi bildirilir. 

Nəşrin yaydığı məlumata görə, həmin 8 mülki şəxs video çəkilişdən sonra amansızlıqla qətlə yetirilib. 

Qeyd edək ki, Rusiya qoşunlarının hücumları nəticəsində Buçada 400-dən çox mülki sakin öldürülüb. Ukrayna tərəfi Rusiyanın törətdiyi qətliamı soyqırımı kimi qiymətləndirib. Moskva isə iddiaları rədd edərək, Buçada qətliam törətmədiklərini bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi