Modern.az

“Taliban”dan xanım jurnalistlərə geyim qadağası

“Taliban”dan xanım jurnalistlərə geyim qadağası

Dünya

20 May 2022, 15:32

"Taliban" hökuməti Əfqanıstanda fəaliyyət göstərən qadın teleaparıcılara geyim qadağası qoyub.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, televiziya efirinə çıxan qadınlar üzlərini qapatmalı, diqqətçəkici geyimdən imtina etməlidirlər.

 

"Dünən media rəsmiləri ilə danışdıq. Tövsiyəmizi məmnuniyyətlə qəbul etdilər. Bu qərar əfqanlar tərəfindən də yaxşı qarşılanacaq" , - deyə "Taliban"ın Əxlaq Nazirliyinin sözçüsü Akif Məhəcər vurğulayıb.

 

Onun sözlərinə görə, xanım teleaparıcılara mayın 21-dək vaxt verilib. Yeni tələblərə əməl etməyənlər cəzalandırılacaq.

 

Qeyd edək ki, əfqan qadınların əksəriyyəti hicab geyinir, lakin Kabil kimi böyük şəhərlərdə qadınlar üzlərini örtmürlər. "Taliban"ın hakimiyyətə gəlişindən sonra qadınların məcburi şəkildə çadra geyinməsi tələbi qoyulub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi