Almaniya iyul ayında Ukraynaya 15 ədəd "Gepard" özüyeriyən zenit sistemləri tədarük edəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, yeni müdafiə silahlarının göndərilməsi barədə razılıq Almaniya müdafiə naziri Kristina Lambrext və Ukrayna müdafiə naziri Oleksiy Reznikov arasında bu gün baş tutan telefon danışığında əldə olunub.
Razılaşma çərçivəsində Ukraynaya 59 min patron göndəriləcək və hərbçilər üçün təlim keçiriləcək.
Zenit sistemlərinin Almaniya ordusunun ehtiyatlarından veriləcəyi qeyd olunub.
Akif İsmayılov