Ukraynanın Mariupol şəhərində yerləşən “Azovstal” poladəritmə zavodunun ərazisi tamamilə rusların əlinə keçib.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zavod ərazisində müqavimət göstərən 2400-dən çox ukraynalı hərbçi silahı ataraq təslim olub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Azovstal”dakı əməliyyatın başa çatması və Mariupolun Ukrayna qoşunlarından təmizlənməsi barədə Prezident Vladimir Putinə məruzə edib.
Akif İsmayılov