Modern.az

Ukraynada öldürülən mülki şəxslərin yeni sayı açıqlandı

Ukraynada öldürülən mülki şəxslərin yeni sayı açıqlandı

Dünya

21 May 2022, 09:08

BMT Ukraynada öldürülən mülki şəxslərin sayını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı hesabat yayıb.

 

Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatları zamanı 3838 nəfər həlak olub.

 

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3838 nəfərin öldüyünü, 4351 dinc sakinin xəsarət aldığını təsdiqləyib. Bunlar fevralın 24-dən mayın 19-u gecə yarısına qədər olan məlumatlardır", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi