Modern.az

Rusiya minə yaxın amerikalıya sanksiya qoydu

Rusiya minə yaxın amerikalıya sanksiya qoydu

21 May 2022, 20:10

Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan edilən ABŞ vətəndaşlarının siyahısını dərc edib.

 

Modern.az xəbər verir ki, siyahı nazirliyin saytında yayımlanıb.

 

Siyahıda ABŞ prezidenti Co Bayden və onun oğlu Hantr Bayden, dövlət katibi Entoni Blinken, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol, "Meta" şirkətinin rəhbəri Mark Zukerberq, aktyor Morqan Friman daxil olmaqla 963 nəfərin adı var.

 

Rusiya XİN bildirib ki, siyahıya “rusofobiyanı qızışdıran” şəxslər daxil edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi