Avstraliyada keçirilən parlament seçkilərində hazırki Baş nazir Skot Morisonun başçılıq etdiyi Liberal Partiya məğlub olub.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, müxalifətdə olan İşçi Partiyasının lideri Entoni Albanez seçkidə qalib gəlib və ölkənin yeni 31-ci baş naziri olub.
Morison seçkilərdə məğlub olduğu etiraf edib və Albanezə zəng edərək onu təbrik edib.
59 yaşlı Albanez əvvəllər ölkənin infrastruktur və nəqliyyat naziri, daha sonra Baş nazirin müavini vəzifəsində çalışıb.
Akif İsmayılov