Modern.az

ABŞ Ukraynaya “Patriot” göndərə bilər

ABŞ Ukraynaya “Patriot” göndərə bilər

21 May 2022, 23:59

ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemini göndərməyi düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri yazıb.

 

Bildirilir ki, sistemlər yeni yardım paketinə daxil edilə bilər.

 

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzalayıb. 

 

Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərməli olduğuna inandığını bildirib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular