Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətini 2022-ci il avqustun 23-dək - 90 gün uzadıb. 300 deputat müvafiq qərarın lehinə səs verib. Ümumi səfərbərlik müddəti də avqustun 23-dək uzadılıb.
Modern.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Əgər əvvəllər hərbi vəziyyət 30 gün müddətinə tətbiq edilirdisə, indi bu, 90 gün olacaq.
Prezident Volodimir Zelenski artıq müvafiq fərmanlar imzalayıb. Onun sözlərinə görə, belə bir qərar zəruridir, çünki Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçəcək və bu, müdafiədən daha çox vaxt aparacaq.
Hərbi vəziyyət mayın 25-i səhər saat 5:30-dan başlayaraq avqustun 23-nə kimi tətbiq ediləcək.