Modern.az

Rusiya danışıqlardan imtina etməyib - Medinski

Rusiya danışıqlardan imtina etməyib - Medinski

Dünya

22 May 2022, 22:12

Rusiya Federasiyası prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski rəsmi Moskvanın Kiyevlə danışıqlardan heç vaxt imtina etməyini deyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Belarusun ONT telekanalının efirində bildirib.

 

Medinski qeyd edib ki, Rusiya dialoqu davam etdirməyə hazırdır və danışıqların dondurulması tamamilə Ukrayna tərəfinin təşəbbüsüdür.

 

“Prezidentlər arasında sammitin keçirilməsi üçün ciddi məzmunlu hazırlıq lazımdır, yəni yüksək hazırlıq səviyyəsinə malik sənədlər lazımdır”, - deyə Medinski söyləyib.

 

Rusiyalı nümayəndəsi vurğulayıb ki, dövlət başçıları şəkil çəkdirmək üçün deyil, yekun razılaşmalar əldə etmək və sənədləri imzalamaq üçün görüşməlidirlər.

 

Medinski onu da xatırladıb ki, bir ay əvvəl Ukrayna tərəfinə bir sıra fundamental mövqelərin razılaşdırıldığı müqavilə layihəsi təhvil verilib. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi