Modern.az

Blinken fransalı nazirlə İran və Ukraynanı müzakirə etdi

Blinken fransalı nazirlə İran və Ukraynanı müzakirə etdi

Dünya

22 May 2022, 22:41

Fransanın yeni təyin olunan xarici işlər naziri Ketrin Kolonna və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) tezliklə bərpası imkanlarını müzakirə ediblər. 

 

Xarici işlər nazirləri Ukraynadakı münaqişəyə də toxunub və “xüsusilə müdafiə yardımı baxımından” Kiyevə dəstəyin artırılmasını vurğulayıblar.

 

Nazirlər, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün Fransa və ABŞ-ın dəstəyini bir daha bəyan ediblər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi